ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Kemp Deviddə keçirilən üçtərəfli sammitdən sonra üç ölkə arasında əməkdaşlıqda böyük irəliləyişin olduğunu bildiriblər.
Rezonans.az-ın məlumatına görə, bu barədə onların Ağ Evin saytında dərc olunmuş birgə bəyanatında deyilir.
Dövlət başçılarının bəyanatda qeyd edilir ki, bu il onlar ilk dəfə birgə hərbi təlimlər keçirib, təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni üçtərəfli çərçivə sazişi imzalayıb və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə qarşıdurmada müəyyən irəliləyiş əldə ediblər.