Filippin adalarında 5,7 bal gücündə zəlzələ baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 47,4 min nəfərin yaşadığı Şimali Samar əyalətinin paytaxtı Katarman şəhərindən 31 km şimal-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.