Türkiyə yeni konstitusiya üzərində fəal işləyir. Yeni konstitusiyanın hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır.
Rezonans.az türk KİV-lərinə xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Qurtulmuş bildirib.
O qeyd edib ki, sənədi 2025-ci ilin payız sessiyasında parlamentin müzakirəsinə təqdim etmək niyyətindəyik.
"Hər kəsin fikrini nəzərə alacağıq. Parlamentin əsas vəzifələrindən biri müasir, demokratik, əhatəli və hərtərəfli konstitusiya hazırlamaqdır. Mən parlamentimizdə yeni konstitusiya qəbul etmək istəyini görürəm və ümid edirəm ki, bu, reallaşacaq", - Qurtulmuş əlavə edib.