Müxtəlif sektorlarda fəaliyyət göstərən 12 şirkətin kapitalındakı Xəzinədarlığın bütün payları Türkiyə Sərvət Fonduna köçürüldü.
Rezonans.az Türkitə KİV-ə istinadən xəbər verir ki, bu məlumat Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunub
Qeyd edək ki, Sözügedən qərar 6741 saylı Türkiyə Sərvət Fondu İdarəetmə Anonim Cəmiyyətinin yaradılması və Bəzi Qanunlara Dəyişikliklər edilməsi haqqında Qanunun 4-cü maddəsinə uyğun olaraq qəbul edilib.