Baş Prokurorluq əməliyyat keçirdi - vəzifəli şəxslər saxlanıldı

img

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Rezonans.az apa-ya istinadən xəbər verir ki,  qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.
Məlumata görə Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş: