İsrail Qəzzada yanlışlıqla öz əsgərlərini vurub - Ölən və yaralananlar var

img

İsrail aylardır davamlı hücum etdiyi Qəzza zolağında yalnışlıqla öz əsgərlərinin yaşadığı binanı vurub.

Rezonans.az xəbər verir ki, İsrail ordusu verdiyi açıqlamada hücumun "texniki səhv" səbəbiylə baş verdiyini bildirib.

Bildirilib ki, raketlərdən biri “texniki problem” səbəbindən hədəf alınan əraziyə doğru getməyib, əvəzində İsrail əsgərlərinin olduğu çoxmərtəbəli binaya düşüb.

Hücum nəticəsində 1 İsrail əsgərinin öldüyü, 3-ü ağır olmaqla 6 əsgərin yaralandığı bildirilib.

Xəbəri paylaş: