Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə

img

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhəddə gedib. 

Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Nazir Geqarkunik bölgəsindəki N saylı hərbi hissədə döyüş növbətçiliyini yerinə yetirən taborun yeni tikilmiş və qismən istifadəyə verilmiş silah anbarında olub. 

O, daha sonra hərbi bazanın ərazisini gəzib, aparılan tikinti işləri ilə tanış olub.

Qeyd edək ki, Geqarkunik Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəddir. Son günlərdə düşmənin bu bölgədə atəşkəsi bir neçə dəfə pozub. 

Xəbəri paylaş: