İstedadına görə sinif adlayan şagirdlərin sayı açıqlanıb

img

Azərbaycanda xüsusi istedadına görə bir sinfi oxumadan digər sinfə keçən şagirdlərin sayı açıqlanıb.

Rezonans.az  xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, təhsil nazirinin 2015-ci il 1 may tarixli 537 nömrəli əmri ilə təsdiq olunmuş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”na uyğun olaraq dövlət ümumi təhsil müəssisələrində təhsil alan 4 nəfər şagird 3-cü sinifdən 4-cü sinfə keçirilib.

Xəbəri paylaş: