Göygöldə polis əməkdaşı qəzaya düşdü - vəziyyəti ağırdır

img

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Rezonans.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində  qeydə alınıb.

1978-ci il təvəllüdlü  Qubat Qasımov idarə etdiyi "KHAZAR"  markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki polis mayoru  Qubat Qasimov Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin  əməkdaşıdır. O xidməti avtomobili ilə qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: