Hakan Fidan Blinkenlə Qəzzada atəşkəs məsələsini müzakirə etdi

img

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-nin tələbi ilə keçirilən görüşdə HƏMAS və İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədə baş verənlər müzakirə edilib.

Blinken ötən il oktyabrın 7-dən bəri doqquzuncu dəfə Yaxın Şərqə səfər edib. Bazar ertəsi onun ilk dayanacağı İsraildə olub və burada prezident İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb.

O, daha sonra Misirə gedib və prezident Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Xəbəri paylaş: