Krımda terror planlaşdıran Ukrayna Silahlı Qüvvələrinin agentləri saxlanılıb

img

Rusiya Təhlükəsizlik qüvvələri Krımda üç Ukrayna hərbi kəşfiyyatçısını saxlayıb.

Rezonans.az xəbər verir ki,  bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

"Belə ki, Sevastopol şəhərində həyata keçirilən tədbirlər nəticəsində Ukrayna Baş Kəşfiyyat İdarəsinin agentləri Ukraynada mina partlayıcı və atıcı silahlardan, o cümlədən, kənar müşahidə və gizli ünsiyyət üsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiyi üçün saxlanılıblar”, - deyə idarədən bildirilib.

Müəyyən edilib ki, saxlanılan şəxslər  2024-cü ilin iyulunda Krımda qaz kəmərinin minalanmasında istifadə etdiyi əldəqayırma partlayıcı qurğu (PİP) hazırlayıb.

Xəbəri paylaş: