Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günündə - avqustun 22-də ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Rezonans.az-a bildirilib ki, müsahibələrə 167 nəfər dəvət olunub.
Onlardan 161 nəfəri müsahibə mərhələsində iştirak edib.