Səttar Möhbalıyev bu vəzifəsindən istefa VERDİ

img

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri, deputat Səttar Möhbalıyev istefa verib.

Rezonans.az xəbər verir ki, bu barədə ATİAHİ Respublika Komitəsinin II Məclisinin iclasında S. Möhbalıyev bildirib. O, bu addımı  Milli Məclisin deputatı kimi işinin çoxluğu səbəbindən atdığını vurğulayıb.

Qeyd edək ki, o həmçinin ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən də istefa verdiyini açıqlayıb.

Xəbəri paylaş: