"NATO ölkələrinin minlərlə vətəndaşı Rusiyaya köçür" - Zaxarova

img

"Şimali Atlantika Alyansına üzv olan ölkələrin vətəndaşları ölkədə yaşamaq icazəsi almaq üçün Rusiya səfirliklərinə müraciət edirlər".

Rezonans.az xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Komsomolskaya Pravda" radiostansiyasına müsahibəsində deyib. 

"Bəzi NATO ölkələrində minlərlə vətəndaş yaşayış icazəsi, viza və ya hər hansı formada sənədlər almaq üçün səfirliklərimizə və konsulluqlarımıza gəlir", - Zaxarova vurğulayıb. 

Rusiya XİN rəsmisi qeyd edib ki, insanlar Qərb ideologiyalarının təsiri ilə Şimali Atlantika Alyansı ölkələrini tərk etmək istəyirlər. Diplomatın sözlərinə görə, bunu öz ölkələrinin sanksiya siyahılarında olmayan hörmətli vətəndaşlar edir. 

Xəbəri paylaş: