Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Rezonans.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məsələsi müzakirə olunub.
Bu məqsədlə Audiovizual Şuranın qərarı ilə Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı və Ağdərə rayonu ərazisində yerləşən “Həsənriz kənd” radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı infrastruktur operatoru olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsinə ayrılıb.