Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

img

24 avqust saat 06:00-dan etibarən Bakı şəhəri,  8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Bu barədə Rezonans.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - agentlik məlumatda qeyd edib. 

Xəbəri paylaş: