Siyavuş Novruzov şəhid ailələrini ziyarət edib

img

23 avqust 2024-cü il tarixində Şərur rayonunun Siyaqut kəndində şəhid leytenant Səfərov Şahmar Nazim oğlunun evində keçirilən görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.


Rezonans.az xəbər verir ki, YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüşdə bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!


Şəhidimizin ailəsi şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildirib.


Səmimi keçən söhbət zamanı şəhid ailəsini narahat edən problemlər də qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib.

Xəbəri paylaş: