Meymunçiçəyi bu dəfə Yunanıstanda

img

Yunanıstanda meymunçiçəyinə yoluxma aşkar edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Yunanstan Dövlət Agentliyi məlumat yayıb.

 

Xəstənin Portuqaliyadan gəldiyi bildirilir. Onun vəziyyəti yaxşıdır.

 

Qeyd edək ki, meymunçiçəyi virusu 1980-ci ildə Avropada rəsmi olaraq aradan qaldırılmış çiçək xəstəliyi irsinə aiddir. Bunun simptomları çiçək xəstəliyinə bənzəyir. Meymunçiçəyi virusuna yoluxmuş şəxslərdə çiçək xəstəliyində olduğu kimi qızdırma, baş ağrısı, əzələ ağrıları, üşümə və qızartı, dəridə qabarcıq kimi şikayətlər meydana çıxır.

 

Mütəxəssislərin fikrincə, meymunçiçəyi virusu ona yoluxanların 30 faizini öldürən çiçək xəstəliyindən daha az təhlükəlidir. Meymunçiçəyi virusuna yoluxanlarda xəstəliklər bir neçə həftə ərzində öz-özünə yox olur.

Xəbəri paylaş: