Dünən Ermənistanın baş naziri Nikol Paşinyana Rubinyants 2 ünvanındakı binalardan birinin 9-cu mərtəbəsindən alma atan şəxs həbs edilib.
Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Hüquq-mühafizə orqanları 9-cu mərtəbədə yaşayan 71 yaşlı Albert Arstamyanı evində ələ keçiriblər.
Faktla bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi, yəni xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.