Pezeşkian Azərbaycan dilinin istifadəsindən DANIŞDI

img

İran Prezidenti Məsud Pezeşkian Urmu gölünün bərpasına və İran Konstitusiyasının ana dilindən istifadəni nəzərdə tutan 15-ci maddəsinin həyata keçirilməsinə söz verib. 

Rezonans.az xəbər verir ki, bu barədə prezident bu barədə güneyli vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyiyə verdiyi müsahibədə deyib.

O, İran Konstitusiyasının 15-ci maddəsinin tələbinin həyata keçirilməməsinə, Urmu gölündə ekoloji böhrana və Güney Azərbaycanın təbii sərvətlərinin talanmasına toxunaraq, Prezident Məsud Pezeşkiandan bu məsələlərlə bağlı planlarını açıqlamasını istəyib.

Ümumi şəkildə Azərbaycan millətinin səsini unutmadığını bildirən İran prezidenti Urmu gölünün bərpası, Konstitusiyanın 15-ci maddəsinin (ana dilində təhsil) icrası və Güney Azərbaycandakı qızıl mədənlərinin fəaliyyətinin təşkilini davam etdirməyə çalışacağını bildirib.

Həmçinin o, kabineti hələ yeni formalaşdırdığını və bu məsələlər barədə vaxtlarının olduğuna ümid etdiyini qeyd edib. 

Xəbəri paylaş: