1,6 milyard insan aclıq riski altındadır - BMT

img

Dünyada 1,6 milyard insan aclıq və yoxsulluq riski altındadır.

 

Rezonans.az xəbər verir ki, bu barədə BMT-nin Qida, Enerji və Maliyyə Sistemləri üzrə Qlobal Böhran Qrupunun hesabatında qeyd olunub.

 

Bildirilib ki, 94 ölkədə təxminən 1,6 milyard insan böhranın ən azı bir aspektindən təsirlənir, 1,2 milyard insan "mükəmməl fırtına" şəraitində olan ölkələrdə yaşayır, onlar hər üç aspektə qarşı - ərzaq, enerji və maliyyə baxımından ciddi həssas qrupa daxildirlər.

Xəbəri paylaş: