Vətəndaş təcili tibbi yardım heyətinə TƏŞƏKKÜR ETDİ

img

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15.08.2024-cü il tarixində saat 12:13 radələrində Biləcəri qəsəbəsi ərazisindən 53 yaşlı şəxsin halının pisləşməsi (iki gündür davam edən yüksək təzyiq və şəkərin qalxması) səbəbilə (qadın cinsli) çağırış daxil olub.


Rezonans.az xəbər verir ki, Təcili tibbi yardım heyəti tərəfindən aparılan müayinə nəticəsinə əsasən pasiyentə insult - beyin qan dövranının kəskin pozulması diaqnozu qoyulub.


Göstərilən yardım nəticəsində pasiyentin səhhəti yaxşılaşıb. 


Pasiyent növbəti müayinə və müalicə məqsədilə ərazi üzrə müvafiq xəstəxananın Reanimasiya şöbəsinə hospitalizasiya edilib.


Vətəndaşın ailə üzvləri tərəfindən təcili tibbi yardım heyətinə göstərdikləri tibbi xidmətə görə təşəkkür olunub

Xəbəri paylaş: