Xəbər verildiyi kimi, 24 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
FHN Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumatda bildirilir ki, dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində Astara rayonu, Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.