Bərdədə ağır qəza - ölən və yaralı var

img

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rezonans.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Ədalət Şahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yolu keçmək isdəyən piyadalar - Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. R. Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: