İvanişviliyə sanksiya tətbiq edilməsi tələb olunur

img

Avropa Parlamenti Gürcüstanda söz azadlığının vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

 

Rezonans.az xəbər verir ki, sənəddə hakim “Gürcü Arzusu” partiyasının lideri, “Rusiya Kredit” bankının həmtəsisçisi, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi tələb edilib.

 

Sənəddə İvanişvili “Kremlə bağlı olan və Gürcüstanda dağıdıcı rol oynayan oliqarx” kimi təsvir edilib.

 

Qeyd edək ki, 308 deputat qətnamənin lehinə, 218 deputat isə əleyhinə səs verib.

Xəbəri paylaş: