Qəbələdə baramaçılığın inkişafına xüsusi diqqət göstərilir FOTO

img

Cari mövsümdə Qəbələ rayonunda barama yetişdirilməsi ilə əlaqədar 70 kümçü ilə müqavilə bağlanılmış, onlara 280 qutu, yəni 4.92 kiloqram ipəkqurdu paylanılmış və bu sahədə 120-dən çox kənd sakininin məşğulluğu təmin olunmuşdur. Hal-hazırda rayonda ipəkqurdunun yemləndirilməsi təlimata uyğun aparılır.

Rezonans.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Nic qəsəbəsində kümçü ailələri ilə görüşmüş, barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olmuş, onları narahat edən problemlərlə maraqlanmış, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.


Xəbəri paylaş: