Pezeşkian ilk xarici səfərini bu ölkəyə edəcək

img

İranın yeni prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa etmək qərarına gəlib.

Rezonans.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Xəbərlərə görə, Pezeşkian iraqlı həmkarı Əbdüllətif Rəşidin dəvəti ilə İraqa səfər edəcək.

İran prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahını ziyarət etməzdən əvvəl Bağdada səfər edəcək. Bu qərar İran-İraq münasibətlərinin xüsusi xarakterini göstərir.

Xəbəri paylaş: