İsrailin baş naziri Benyamin Netanyahu İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra qisas alacağından narahat olaraq Mayamidə yaşayan oğlu Yair Netanyahunun mühafizəçilərinin gücləndirilməsini istəyib.
Rezonans.az xəbər verir ki, bu barədə İsrailin "Walla" nəşri məlumat yayıb.
Bildirilir ki, Netanyahunun şəxsi katibi Yossi Shelley bu yaxınlarda Şin Bet Şəxsi Təhlükəsizlik Məsləhət Komitəsinə Yair ətrafındakı təhlükəsizlik intensivliyini araşdırmaq tələbi ilə müraciət edib.
Nəşrin məlumatına görə, 2023-cü ilin aprelindən İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) himayəsi altında Mayamidə yaşayan 33 yaşlı Yair Netanyahunun illik yaşayış dəyəri 2,5 milyon şekel (680 min dollar) təşkil edir.
HƏMAS lideri Haniyə iyulun 31-də Tehranda öldürülüb. İran və HƏMAS sui-qəsdin arxasında İsrailin olduğunu bildirib.