FTX terror aktları hazırlayan 6 İnquşetiya sakinini saxladı

img

İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına və pravoslav kilsələrinə hücumlar da daxil olmaqla, silsilə terror aktları törətməyə hazırlaşan 6 yerli sakin saxlanılıb.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Saxlanma tədbirləri Nazran şəhəri və Kantışevo kəndində həyata keçirilib. 

"Respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına, habelə dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan 6 yerli sakin saxlanılıb",- məlumatda qeyd olunub. 

Xəbəri paylaş: