Azərbaycan və Türkiyə arasında heçbir soyuqluq yoxdur

img

Son zamanlar iki ölkə arasında soyuqluq və incikliklər olduğu barədə sosial şəbəkə platformalarında bəzi media və  siyasətçilər tərəfindən vurğulanır.


Rezonans.az xəbər verir ki, bu mövzuya Azərbaycan Milli Vətənpərvərlər birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.


Çox təəssüflər olsun ki, son zamanlarda Azərbaycan və Türkiyənin qardaşlığını qısqanan, paxıllıq edən bəzi qüvvələr iki ölkə arasında soyuqluq yarandığı barədə yalan məlumatlar yayırlar. Bu hal Həm Türkiyə Cumhuriyyətinin  bəzi medialarında və siyasi arenasında həmçinin Azərbaycan Respublikasının bəzi media və siyasətçiləri tərəfindən qeyd edilir. Və sadə vətəndaşlarda bu xəbərə inanaraq yalnış düşünməyə vadar olunurlar.


Məqsəd aydındır, iki ölkənin arasında və hər iki ölkənin vətəndaşları arasında bacara bildikləri qadər soyuqluq və inciklik yaratmaqdır. Amma qeyd etmək istəyirəm ki, bu əziyyətləri yerdə qalacaq, hər iki ölkə öz sözünü dəfələrlə demiş ölkələrdir, hər iki ölkə bir birinə əvvəllər olduğundan qat-qat yaxın və qardaşlıq münasibətindədirlər. 


Azərbaycan və Türkiyə arasında heç zaman soyuqluq ola bilməz çünki, xalqımız eyni xalqdır, və hər iki Dövlət bir birinə sadiqdir, daima bir-birinin yanında yer almaqdadır. Vətəndaşlarımıza bu kimi, yalnış xəbərlərə etimad etməmələrini rica edirik.


Xəbəri paylaş: