Türkiyədə günlərdir itkin düşən qız uşağı ilə bağlı yeni iddia irəli sürülüb.
Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşağın itkin düşməsi ilə bağlı yeni iddia səslənib.
Belə ki, məsələyə münasibət bildirən təqaüdçü Polis rəisi canlı yayımda açıqlamasında: "Narin görməməli və ya şahid olmamalı bir şey görmüş ola bilər. Bəlkə də buna görə aradan götürülüb,- deyə bildirib.
Qeyd edək ki, ötən gün uşağın anası canlı yayında bir itin yaralandığını bildirərkən canlı yayım birdən kəsilib.
Ana isə ifadəsində bunları deyib: "Bizdən şübhələnərlər deyə demədim. Həmin gün hərbi xidmətə gedən oğlum iki dostu ilə birlikdə tütün çəkdirib, itə xəsarət yetirib. Ona bunu etmə, günahdır dedim”.
Həmçinin, qeyd edək ki, 8 yaşlı Narinin axtarışları davam edir.