Ermənistan XİN-in mərkəzi aparatının rəhbər heyətinin və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri Kirants kəndinə gediblər.
Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, diplomatların illik seminarı Ermənistan Respublikasının Kirants kəndinə, xüsusilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhədə səfərlə başa çatıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görülən və cari işlərin təfərrüatları Ermənistan diplomatik xidmətinin rəhbər heyətinə yerində təqdim olunub.
XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycan mövqelərinə baxması diqqət çəkib.