İstanbulun Bağcılar səmtində bombalı hücum hazırlayan İŞİD silahlı terror təşkilatının üzvü saxlanılıb.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, Cemal AY Bağcılardakı evində keçirilən əməliyyat zamanı ələ keçirilib. Şübhəlinin çarpayısının altında qılınc və digər partlayıcı qurğular aşkar edilib. O, “Terror Təşkilatına üzv olmaq” maddəsi ilə həbs edilib.