30 avqust 2024-cü il tarixində Masallı 1 saylı mediasiya təşkilatının fəaliyyətə başlamasının 1-ci ildönümü münasibətilə təşkilatın ofisində tədbir keçirilib
Rezonans.az xəbər verir ki, tədbirdə Masallı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov, mediatorlar Könül Rəcəbova, Tünzalə Qardaşova, Gülhəsən Məmmədov, texniki işçi Sevinc İbrahimova və Masallı Vəkil Bürosunun vəkilləri iştirak ediblər.
Təşkilatın direktoru Xanhüseyn Səmədov Masallı 1 saylı mediasiya təşkilatı tərəfindən 1 il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.
Masallı Rayon Vəkil Bürosunun müdiri Tofiq Şahmarov tədbirdə çıxış edərək vəkillərlə mediatorlar arasında səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və Masallı 1 saylı mediasiya təşkilatı əməkdaşlarına xidməti işlərində uğurlar arzulayıb.
Daha sonra vəkillər Cavid Əliyev, Mehrəli Atakişiyev və mediator Tünzalə Qardaşova çıxış edərək müasir zamanda mediasiyanın vacibliyini qeyd edib və mediasiyanın daha da böyük uğurlar qazanacağına əminliyini ifadə ediblər.
Tədbirin sonunda təşkilatın direktoru Xanhüseyn Səmədov mediator Rəcəbova Könül Rəşid qızına, texniki işçi İbrahimova Sevinc Aftandil qızına, Vəkil Bürosunun müdiri Şahmarov Tofiq Şirin oğluna və vəkil Əliyev Cavid İbrahim oğluna təşəkkürnamələr təqdim edib.