Şəkidə avtomobil ağaca çırpıldı - Sürücü öldü

img

Şəki şəhərində minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, şəhərin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş: