Tənəffüs çatışmazlığı qeydə alınan şəxs həyata qaytarılıb

img

25.08.2024-cü il tarixində saat 22:14 radələrində təcili tibbi yardıma 42 yaşlı şəxsin (kişi cinsli) halının pisləşməsi səbəbilə çağırış daxil olub. 


Rezonans.az xəbər verir ki, Təcilli tibbi yardım briqadası tərəfindən zəruri tibbi yardımlar göstərilməyə başlanılıb. Tibbi yardım zamanı pasiyentdə kəskin tənəffüs çatışmazlığı, nəbzin itməsi qeydə alınıb. Tətbiq olunan CPR texnikası ilə pasiyentin tənəffüs yollarının keçiriciliyi, spontan tənəffüs və ürək fəaliyyəti bərpa edilib, oksigenoterapiya aparılıb, huşu özünə qaytarılıb, vəziyyəti yaxşılaşıb. 


Pasiyent növbəti müayinə və müalicə məqsədilə ərazi üzrə müvafiq xəstəxananın Reanimasiya şöbəsinə hospitalizasiya edilib.


Vətəndaşın ailə üzvləri tərəfindən təcili tibbi yardım heyətinə göstərdikləri tibbi xidmətə görə təşəkkür olunub

Xəbəri paylaş: