ADMİU-da tələbələrə qəribə QADAĞA

img

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. 

Rezonans.az xəbər verir ki, sözügedən elan təhsil müəssisəsinin bufetinin divarından asılıb. Elanda bufetə kənardan yemək gətirilməsinin qadağan olduğu bildirilib.

Qeyd edək ki, sözügedən elan sosial şəbəkələrdə narazılıqlara səbəb olub.

Xəbəri paylaş: