Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

img

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 6 sentyabr saat 22:00-dan etibarən  qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Bu barədə Rezonans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - agentlik qeyd edib. 

Xəbəri paylaş: