Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ASAN TV-yə verdiyi müsahibəsində, mediasiyanın ailə və əmək mübahisələri ilə yanaşı, kommersiya və mülki işlərdə də əsas vasitə olduğunu vurğulayıb.
Rezonans.az xəbər verir ki, o, mediasiya sazişlərinin beynəlxalq tanınmasının vacibliyini və Azərbaycanın bu sahədə Sinqapur Konvensiyasına qoşulma prosesinin aktuallığını qeyd edib. Adilov, dövlətin mediasiya sahəsində institusional və maddi dəstəklər təmin etməsinin önəmini də xüsusi vurğulayıb. Hazırda bu istiqamətdə bir neçə dövlət qurumu ilə birgə işlər aparılır.
Daha ətraflı videoda: