Mehriban Əliyeva qızıl medal qazanmış idmançımızla bağlı paylaşım etdi

img

Birinci vitse-prezident Mehriban Əliyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Orxan Aslanovla bağlı paylaşım edib.

Rezonans.az xəbər verir ki, paylaşımda deyilir:

“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”

Xəbəri paylaş: