Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA

img

Saat 8:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb.

Bu barədə Rezonans.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qrız, Lerikdə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Xəbəri paylaş: