Rusiya PUA-sı Latviya ərazisində qəzaya uğradı

img

Latviya Müdafiə Nazirliyi Rusiyanın PUA-sının ölkənin şərqində qəzaya uğradığını bildirib.

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, Latviya MN-dən verilən məlumata görə, hadisə sentyabrın 7-də Rezekne bələdiyyəsində baş verib. Respublika orqanları araşdırma aparır. Ölkənin silahlı qüvvələri də insidentlə bağlı NATO komandanlığına məlumat verib.

"Bu vəziyyət təsdiqləyir ki, biz Latviyanın şərq sərhədinin möhkəmləndirilməsi, o cümlədən müxtəlif tətbiqlərə malik PUA-ların fəaliyyətini məhdudlaşdırmaq üçün hava hücumundan müdafiə və elektron müharibə imkanlarını inkişaf etdirmək üçün başladığımız işi davam etdirməliyik", - Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

Xəbəri paylaş: