Yanğına baxan sürücülər aeroport yolunda sıxlığa səbəb oldu

img

Sabunçu rayonu, Aeroport şosesi, Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Rezonans.az-a verilən məlumata görə, yanğın səbəbindən yolda məhdudiyyət olmasa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən bəzi avtomobil sürücülərinin sürəti azaldıb yanğın baş verən əraziyə baxması hər iki istiqamətdə sıxlığın yaranmasına səbəb olub.

Xəbəri paylaş: