Yardımlı rayonunun iki kəndində qazın verilişində məhdudiyyət yaranacaq.
Rezonans.az-ın məlumatına görə, rayon ərazisində "Yardımlı" qaz paylayıcı stansiyadan qidalanan Çayüzü kəndi istiqamətində 2700 metr orta təzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə 11 sentyabr tarixində saat 14:00-dan işlər başa çatanadək Çayüzü və Pirembel kəndləri olmaqla ümumilikdə 220 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.