Bakı metrosunda problem yarandı

img

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaşanıb.

“Bakı Metropoliteni” QSC-dən Rezonans.az-a verilən məlumata görə, buna səbəb metronun “Qara Qarayev” stansiyasında sərnişinin vaqona müdaxiləsi olub.

Belə ki, sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb:

“Bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə “Nərimanov” stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib”.

Xəbəri paylaş: