Ağcabədidə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı

Ağcabədidə narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrih qanunsuz dövriyyəsində şübhəli bilinən Mirağa Süleymanov saxlanılıb.

DİN-dən Rezonans.az-a bildirilib ki, həmin şəxs marixuananı tanışı Bəhruz Məmmədovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə B.Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvandan çətənə bitkiləri və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: