"Nəqliyyat yollarının açılmasını dəstəkləyirik, amma..." - İran XİN

img

İran regionda nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləməyə davam edəcək, lakin beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıdır. 

Rezonans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani açıqlayıb. 

İranlı diplomat qeyd edib ki, Tehran da İrəvan və Bakı arasında sülh danışıqları prosesinin təşviqinin tərəfdarıdır: "İran Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir. Biz region ölkələrinin suverenliyi çərçivəsində nəqliyyat yollarının blokadasının götürülməsini alqışlayırıq. Amma açıq şəkildə beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik". 

Xəbəri paylaş: