Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.
Rezonans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, artıq nazirlik tam rəqəmsal sistemə keçib:
“Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.