İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya gedib.
Rezonans.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşündə iştirak edəcək.
O, həmçinin Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
Xatırladaq ki, son vaxtlar rəsmi Tehran “Zəngəzur dəhlizi” məsələsi ilə bağlı erməni tərəfinə səslənən ittihamlarla bağlı müxtəlif səviyyələrdə Moskva rəsmilərinə, o cümlədən xarici işlər naziri Sergey Lavrova sərt açıqlamalar verib.
İran hakimiyyəti Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu və ölkənin Zəngəzur dəhlizi də daxil olmaqla istənilən sərhəd dəyişikliyinə qarşı olduğunu bəyan edib.