Bacı və qardaşı kartdan oğurluğa görə tutuldular

img

Bank kartından oğurluq edən şəxslər tutulublar.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: